"Hər bir futbolçu karyerası ərzində milliyə dəvət almaq üçün çalışır. Hər hansı bir təzyiq olmasa da, yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Yenidən yığmaya çağırılmaq böyük şərəfdir”.

 

Rekord.az xəbər verir ki, bu sözləri Macarıstan yığmasının hücumçusu Robert Feçzesin deyib.

 


"Uypeşt"in hücumçusu 8 illik fasilədən sonra  Avro-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla oyunlar üçün milliyə çağırılıb.



Feçzesin Macarıstan mətbuatına açıqlamasında final mərhələsi şanslarını davam etdirmək istədiklərini bildirib: "Yığmaya qayıtdığım üçün həyəcanlıyam. Qarşıdakı iki oyun bizim üçün çox vacibdir. Xüsusən də, Xorvatiya ilə görüş həlledici ola bilər. Onları evdə məğlub etmişik və səfərdə də bunu etmək istəyirik. Bununla yanaşı Azərbaycanla matçda da qəti şəkildə büdrəmək olmaz".