Macarıstanda anti-rus şüarları
- 08 Noy 2019 16:21
- 879
Avropa Liqasında “Fernetsvaroş”la ÇSKA arasında keçirilən oyundan əvvəl insident yaşanıb.
Rekord.az xəbər verir ki, qarşılaşmadan əvvəl azarkeşlər arasında konflikt olub. Macar fanatlar anti-Rusiya şüarları səsləndiriblər.
Bir neçə macar azarkeş ruslara hücum edib. Məlumata görə, onların paltarlarında Macarıstanın 40-cı illərdəki simvolları olub. Qarşılaşma isə heç-heçə yekunlaşıb - 0:0.
Qeyd edək ki, 1956-cı ildə Sovet qoşunlarının Budapeştdə törətdiyi zorakılıqdan sonra macarlaırn ruslara münasibəti heç də yaxşı deyil.