Mahir ardıcıl 3-cü oyunda qol vurdu
- 31 Okt 2024 01:40
- 251
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir qol vurub.
Rekord.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi Almaniya kubokunun 1/16 finalında hazırda "Hofffenhaym"la qarşılaşıb.
Start heyətdə meydana çıxan Mahir matçın 48-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib. Qarşılaşma isə meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Beləcə, Mahirin komandası kubokla vidalaşıb. Emreli 81-ci dəqiqədə əvəzlənib.
Mahir "Nürnberq"də ardıcıl 3-cü oyununda qol vurur. O, 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda da rəqib qapısına yol tapıb.