Zaqreb "Dinamo"sundan ayrılmaq ehtimalı olan Mahir Emrelinin "Qarabağ"a dönəcəyinə dair söhbətlər dolaşmaqdadır.

Rekord.az-a daxil olan son məlumata görə, Ağdam klubundan futbolçuya həqiqətən də belə bir təklif olub.

Lakin Mahir indiki halda Azərbaycana qayıtmaq istəmir. Onunla Türkiyə Super Liqasından bir neçə klub maraqlanır və Mahir özü də ilk növbədə Türkiyədə oynamağın tərəfdarıdır.