Mahir Çempionlar Liqasına sifariş edildi
- 03 İyl 2021 19:00
- 624
"Legiya" (Polşa) Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Bude Qlimt"lə (Norveç) oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Heyətdə Azərbaycan millisinin üzvü, Varşava təmsilçisinin yeni transferi Mahir Emreli də yer alıb.
Qeyd edək ki, "Legiya" ilə "Bude Qlimt" arasındakə ilk matç iyulun 7-si Norveçdə, cavab qarşılaşması isə iyulun 14-ü Varşavada keçiriləcək.
Əlavə edək ki, Mahir Emreli iyunun 8-də "Legiya" ilə 3 illik müqavilə imzalayıb.