Mahir daha güclü kluba keçəcək?
- 14 Sen 2021 14:00
- 710
Yay transfer dönəmində Polşa klublarına keçən futbolçuların çıxışları dəyərləndirilib.
Rekord.az xəbər verir ki, "Sport1.oslobodjenje" nəşri bir neçə oyunçunu xüsusi fərqləndirib.
Onların arasında "Qarabağ"dan "Legiya"ya keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
O, “Legiya” ilə 2+1 illik müqavilə imzalayıb. 24 yaşlı forvard Ekstraklasada çıxış edən ən yaxşı futbolçular sırasında göstərilib.
Nəşr Emreli ilə yanaşı, bir neçə oyunçunun bu ölkədə çox qalmayacağını bildirib. "Rakuv"dan qapıçı Vladan Kovaçeviç və Mahir Emrelinin yüksək məbləğ qarşılığında daha böyük çempionata keçəcəyi proqnozlaşdırılıb.