Mahir "Dinamo"dan ayrıla, amma Xorvatiyada qala bilər
- 13 Dek 2023 13:00
- 1258
Zaqreb "Dinamo"snda əsas heyətdə möhkəmlənə bilməyən Mahir Əmrəli yanvarda bu komandadan ayrılıb başqa komandaya keçəcəyinə dair məlumatlar var.
Rekord.az-a daxil olan məlumata görə, Xorvatiyadan kənardan təkliflər olmasına baxmayaraq, futbolçu elə hazırda çıxış etdiyi ölkədə qala bilər.
Belə ki, Xorvatiya çempionatından iki komandanın Mahiri istədyinə dair məlumatlar var. Həmin klublar həmyerlimizi icarəyə götürmək istəyir. Çünki Mahirin "Dinamo" ilə 2026-cı ilə qədər müqaviləsi var və onu birdəfəlik almaq üçün "Dinamo"ya böyük məbləğdə təzminat ödəməlisən.