Polşanın “Legiya” klubu Avropa Liqasının oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli də Avroliqa oyunları üçün sifariş olunub.

“Legiya” Avropa Liqasının C qrupunda “Napoli” (İtaliya), “Spartak” (Moskva, Rusiya) və “Lester Siti” (İngiltərə) ilə mübarizə aparacaq.