Mahir Emreli ayın ən zəif futbolçusu seçildi
- 04 Noy 2021 15:15
- 385
Polşanın “Legiya” klubunda oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, Varşava təmsilçisinin qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu seçilib. Bu barədə “legionisci.com” saytı məlumat yayıb.
“Legiya”da çıxış edən azərbaycanlı hücumçu Mahir Emreli isə -5 xalla ayın ən zəif futbolçusu sırasında yer alıb. Ötən ay qol vura bilməyən 24 yaşlı oyunçunun performansı böyük məyusluq yaşadıb.
Mahirlə yanaşı, Lirim Kastrati də -5 xala layiq görülüb.