Mahir Emreli derbini buraxacaq
- 16 Dek 2023 15:30
- 256
Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xorvatiya çempionatındakı növbəti oyunu buraxacaq.
Rekord.az Zaqreb təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç açıqlamasında bildirib.
46 yaşlı mütəxəssis forvardın "Hayduk"a qarşı 19-cu tur matçında meydana çıxmayacağını deyib. Yakiroviç Emrelinin dizində ağrılar hiss etdiyini söyləyib.
Sabah keçiriləcək "Dinamo" - "Hayduk" derbisi Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.