Mahir Emreli “Legiya”nın yayda heyətinə qatdığı oyunçular arasında ən yaxşı olmağı bacarıb.

Rekord.az xəbər verir ki, bu barədə Polşa mətbuatı yazı hazırlayıb.

Yazıda, Varşava təmsilçisinin yay transfer pəncərəsində heyətinə qatdığı futbolçuların çıxışları dəyərləndirilib.

“Qarabağ”dan ayrılaraq “Legiya”ya keçən Mahir “Legiya”nın ən yaxşı transferi kimi qeyd olunub. 24 yaşlı hücumçu komanda ilə 11 oyunda 6 qol vurub.