“Qarabağ”ın hücumçusu Mahir Emreli Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, UEFA Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə almış Mahir Emreli millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanacaq heyətdə yer almayacaq.