Futbol üzrə Xorvatiya çempionatında 4-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Varajdin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Mahir də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra – 46-cı dəqiqədə meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 4 turdan sonra 10 xalla 1-ci pillədə qərarlaşıb.