Polşa "Legiya"sında çıxış edən millimizin üzvü Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.

Rekord.az "TVP Sport"a istinadən xəbər verir ki, o, yaşadığı ölkəyə daha yaxşı uyğunlaşmaq bu dili öyrənmək istəyir. 24 yaşlı hücumçunun  komanda yoldaşlarından polyak dilində mütəmadi olaraq sözlər soruşduğu bildirilib.

Xatırladaq ki, Mahir Emreli "Legiya"da meydana çıxdığı 2  yoxlama oyununda 4 qol vurub.