"Qarabağ" Polşa çempionatında da yüksək yerlər üçün mübarizə aparar. Komandanın bir il əvvəl “Legiya” ilə oyununu yadınıza salın. Cütün taleyi bir görüşdə həll olunduğu üçün Azərbaycan çempionu çətin vəziyyətdə idi. Çünki qarşılaşma Polşada keçirilirdi".

Rekord.az xəbər verir ki, bu fikirləri "Legiya"da çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yerli mətbuata müsahibəsində deyib.

24 yaşlı hücumçu bir il əvvəl baş tutmuş Avropa Liqasının pley-off mərhələsinin matçını xatırlayıb:

"Həmin görüşdə "Qarabağ"ın xüsusi planı var idi və bunu həyata keçirə bildik. "Legiya"nın daha açıq futbol oynaması üçün hesabı erkən açmağı planlaşdırırdıq.

Nəticədə 3:0 hesablı qələbə qazandıq. "Qarabağ"ın avrokuboklarda Polşa klubunu mübarizədən kənarlaşdırması ilk dəfə deyildi.

Bir neçə il əvvəl "Pyast”a, hətta daha öncə "Visla"ya qarşı da eyni hal yaşanıb".