"Qarabağ" Musa Qurbanlıdan sonra Mahir Əmrəlinin də dönüşündə maraqlı olub.

Rekord.az xəbər verir ki, hətta onunla Ağdam klubu arasında danışıq da olub.

Sadəcə, Mahir Avropada oynamaq istədiyi üçün bir qədər gözləməyi üstün tutub və Bakıya gəlməyə tələsməyib. Yekunda Almaniya II Bundesliqasında çıxış edən "Nürnberq"dən təklif gəlib və futbolçu da bu təklifi qəbul edib.