Mahir Emreli qol vurdu, komandası qalib gəldi
- 02 Avq 2023 20:20
- 286
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olub. Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir meydana start heyətdə daxil olub. O, 24-cü dəqiqədə fərqlənməklə komandasının ilk qolunu vurub. Emreli 78-ci dəqiqədə Yosip Drmiçlə əvəzlənib.
Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın etmişdi - 4:0. “Dinamo” növbəti mərhələdə Yunanıstan AEK-i ilə üz-üzə gələcək.