Mahir Əmrəli üçün növbəti iddia: bu dəfə Macarıstan
- 22 Mar 2021 17:00
- 843
Millinin və «Qarabağ»ın hücumçusu Mahir Emreliyə növbəti təklif gəlib.
Rekord.az-ın məlumatına görə, 23 yaşlı forvard «Ferensvaroş»un maraq dairəsindədir.
Macarıstanın məşhur klubu ona dəvət göndərib.
Sergey Rebrovun baş məşqçisi olduğu komanda hazırda ölkə çempionatının aşkar lideridir. «Ferensvaroş» 26 tura 61 xal toplayıb və ən yaaxın rəqibi olan «Puşkaş»ı 13 xal qabaqlayır.