“Həqiqətən yaxşı oyunçu qazandıq. O, yaxşı təcrübəyə malikdir”.

Rekord.az xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidi haqqında danışarkən deyib.

Mütəxəssis 27 yaşlı hücumçu haqqında müsbət fikirlər səsləndirib: "Emreli II Bundesliqada mübarizə aparacaq gücdədir. Əla zərbələri var. Topla yaxşı oynaya, qaça bilir və boşluqları hiss edir".

Emreli “Nürnberq”ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.