Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Rekord.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu Mahir Emreli yığmanın düşərgəsini tərk edib.

Buna hücumçunun zədəli olması səbəb göstərilir. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Mahir Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Monteneqro, 13-də isə Kipr yığması ilə keçirəcəyi oyunlara hazırlıq məqsədilə təşkil olunmuş təlim-məşq toplanışına dəvət olunsa da, onun bu oyunlarda komandamıza kömək edə bilməyəcəyi üzə çıxıb.

Qeyd edək ki, ilkin açıqlanan heyətdə bir neçə gün əvvəl də dəyişiklik baş verib və Mirbadulla Abbasov yığmaya qoşulub.