Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında 31-ci turu çərçivəsind Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb.


Rekord.az xəbər verir ki, səfərdə baş tutmuş bu görüş 3:3 hesabı ilə yekunlaşıb.


Mahir də bu matçda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Emreli bu dəfə də qol vurmağı da bacarıb. O, 45+4-cü dəqiqədə komandasının ikinci qolunu vurub.


Hazırda turnir cədvəlində "Nürnberq" isə 45 xalla 8-ci pillədə qərarlaşıb.