Azərbaycanlı futbolçu Mahir Emreli ötən gün gün istefaya göndərilən “Legiya”nın (Polşa) baş məşqçisi Çeslav Mixneviçlə bağlı vida mesajı paylaşıb.

Rekord.az xəbər verir ki, o, keçmiş baş məşqçisiylə bağlı “instaqram” hesabında bunları yazıb:

“Was a pleasure to work with u coach!” (Sizinlə işləmək xoş idi)

Mahir Mixneviçin vaxtında, bu yay “Legiya”ya transfer edilib. Varşava təmsilçisində Mixneviçi Marek Qolembevski əvəz edib.