Mahir Emrelidən növbəti açıqlama
- 08 Noy 2021 14:15
- 441
"Bəlkə gücümüz bitib".
Rekord.az xəbər verir ki, bu fikirlər "Legiya"da çıxış edən Mahir Emreliyə məxsusdur.
Millimizin formasını geyinən forvard "Napoli"ilə oyunda 1:4 hesablı məğlubiyyətdən danışıb. O, Avropa Liqasının 4-cü turu çərçivəsində Varşavada keçirilən matçda tez yorulduqlarını etiraf edib:
"Topsuz çox qaçanda rəqibə boş sahə verməyiniz normaldır. Əslində onların futbolu bizimkindən qat-qat keyfiyyətlidir.
Bu gün bir daha bunun şahidi olduq. Vurduqları hər qol onların səviyyəsini göstərir. Bütün bunların fərdi səhvlərdən olduğunu deməzdim.
Biz komanda olaraq qalib gəlir və uduzuruq. Amma “Napoli” bizdən daha keyfiyyətli komandadır