Bu gün Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Sabah” - “Qarabağ” matçında qol vuran Mahir Emreli, Vətən müharibəsində şəhid olan Məhəmmədəli İbrahimlinin üzərində fotosu olan formanı nümayiş etdirib. 

Rekord.az qafqazinfo.az-a istinadla xəbər verir ki, o, vurduğu qolu şəhidimizə həsr edib.

Qeyd edək ki, Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun üzvü olub. O, Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.