Mahir Emrelinin komanda yoldaşı qarət olunub
- 15 Okt 2021 12:41
- 592
Polşanın “Legiya” komandasının futbolçusu Tomaş Pexartın evi qarət olunub.
Rekord.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu “İnteria Sport”a müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar. Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticəsini gözlədiklərini bildirib.
Pexart 2020-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.