Almaniya 2-ci liqasında 13-cü tura start verilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Nürnberq" bu gün səfərdə "Paderborn"la qarşılaşlb. 


Emreli əsas heyətdə meydana çıxdığı bu oyunda sonadək oynayıb. 8-ci dəqiqədə Mahir gözəl qol ötürməsi edib. Amma matçın sonunda “Paderborn” 3:2 hesablı qələbəyə sevinib.


Bu qələbədən sonra xalını 24-ə çatdıran "Paderborn" liderliyə yüksəlib. "Nürnberq" isə 13 oyundan 18 xalla 8-ci pillədədir.