Mahir Emrelinin qolu “Nürnberq” tərəfindən ən yaxşı seçildi
- 28 Dek 2024 23:00
- 56
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasının 9-cu turunda "Qroyter Fyurt" komandasına vurduğu qol çıxış etdiyi "Nürnberq" klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.
Rekord.az xəbər verir ki, 27 yaşlı hücumçunun qolu "top 10"da birinci yerə layiq görülüb.
Forvardın 11-ci turda "Hamburq"un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.
Mahir Emreli cari mövsüm transfer olduğu "Nürnberq" klubunda 4 qol vurub.