Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

Rekord.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə spirtli içki qəbul etdiyi foto paylaşılıb.

“Legiya” klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verməyə hazırlaşdığını açıqlayıb.