Mahir Məmmədov yenidən FİDE-nin vitse-prezidenti seçildi
- 07 Avq 2022 16:00
- 535
Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadası çərçivəsində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) konqresi keçirilir.
Rekord.az xəbər verir ki, konqresin son günündə rəhbər vəzifələrə seçkilər başlayıb.
Namizədlərin çıxışlarından sonra FİDE prezidentliyinə seçkilər keçirilib. Qurumun hazırkı prezidenti Arkadi Dvorkoviç 157 səslə qalib gəlib və növbəti 4 il müddətinə FIDE-nin rəhbəri kimi işini davam etdirmək imkanı qazanıb.
Hindistanlı dünya çempionu Vişvanatan Anand, AŞF-in prezidenti Mahir Məmmədov və Norveç Şahmat Federasiyasının prezidenti Yoran Aulin-Yansson növbəti 4 il müddətinə Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti seçilib.