"Klub, təlim-məşq bazamız ən yüksək səviyyədədir, Avropa Liqasının qrup mərhələsində oynayırıq".

Rekord.az xəbər verir ki, bu sözlər "Legiya"nın formasını geyinən Mahir Emreliyə məxsusdur.

Bu ilin yayından etibarən legioner həyatı yaşamağa başlayan millimizin hücumçusu yerli jurnalistin "Polşa xoşunuza gəlirmi" sualını bu cür cavablandırıb:

"Heç nədən şikayət edə bilmərəm. Əlbəttə, ailəm və dostlarım üçün darıxıram. Bu, normaldır.

İlk dəfədir ölkəmi bu qədər uzun müddətə tərk etmişəm. Amma Varşavada adaptasiya prosesi başa çatıb, özümü evdəki kimi hiss edirəm".