Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Legiya” da növbəti matçına çıxıb.

Polşa çempionu doğma meydanda “Lester Siti” (İngiltərə) ilə üz-üzə gəlib. Qarşılaşma Polşa çempionunun qələbəsiylə yekunlaşıb – 1:0.

Mahir də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü 83-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Qrup mərhələsində keçirdiyi hər iki oyundan qalib ayrılan “Legiya” hazırda 6 xalla liderdir. Emrelinin komandası ilk turda Moskva “Spartak”ına (Rusiya) da səfərdə 1:0 hesabıyla qalib gəlmişdi.