Mahir qolunu kimə həsr etdi?
- 01 Okt 2021 11:30
- 696
“Qol haqqında danışası xüsusi nəsə yoxdu. Məh hücumçuyam! Qapını gördüm, vurdum və qol oldu. Yaxşı epizod idi. Düzgün dəyərləndirdim. Topu doğru tərəfə vurdum”.
Rekord.az xəbər verir ki, bu sözləri “Football-plus.az” saytına açıqlamasında Mahir Emreli dedi. “Legiya”nın hücumçusu Avropa Liqasının qrup mərhələsində, “Lester”də komandasına qələbə qazandıran qolu barədə danışdı:
“Mənim üçün önəmli olan qələbə qazanmaq idi. Qolu vurduğum anda necə sevinəcəyimi bilmirdim. Amma biz profesionalıq. Oyuna inamlı çıxmışdıq ki, bu komandaya qalib gələ bilərik. Çox sevincliyəm. Çünki qələbə qazandıq. Qolu ailəmə həsr edirəm: anama, bacıma! Bu cür önəmli qolu onlardan başqa heç kimə həsr edə bilmərəm. Bu qolun mənim üçün önəmli məqamı var idi. 6 il ərzində “Qarabağ”da çıxış etdim, amma qrup mərhələsində fərqlənə bilmədim. Bununla qrup mərhələsində ilk qolumu vurdum. Çox sevinirəm ki, bu gün bu görüşdə belə bir hadisə baş verdi”.
Azərbaycan millisinin üzvü xalqımızın ümidlərini doğrultmağa çalışacağını da bildirdi:
“Məni dəstəkləyənlərə təşəkkür edirəm. Doğrudan da Azərbaycan xalqının möhtəşəm dəstəyini hiss edirəm. Çox sağ olun! Çalışacam bütün xalqımın ümidlərini doğruldum!”