Mahir “Şalke” ilə oyunu buraxacaq
- 25 Yan 2025 15:51
- 100
Almaniya 2-ci Bundesliqasında 19-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke”nin qonağı olacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 16:00-da start veriləcək. Amma Mahir bu oyunu buraxacaq. Buna onun sarı vərəqə limitini doldurması səbəb olub. Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci “sarı”sı olub.
18 oyundan 25 xalı olan “Nürnberq” hazırda 11-ci pillədə yer alır.