Mahir "Slaviya"ya vurduğu qol haqda
- 21 Avq 2021 20:43
- 642
"Daha əvvəl bu turnirdə qol vurmamışam".
Rekord.az xəbər verir ki, bu sözlər "Legiya"nın hücumçusu Mahir Emreliyə məxsusdur.
Pley-off mərhələsinin “Slaviya” ilə Çexiyadakı görüşündə (2:2) hesabı açan millimizin üzvü Avropa Liqasında ilk dəfə fərqləndiyini vurğulayıb:
“Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi. Bu qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var.
Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib.
Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq.
Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik".
Mahir onlardan gözləntinin böyük olduğunu bildirib: “Mənim üçün şans qazanmaq və fərqlənmək çox vacib idi. Bu qarşılaşma heç də az önəm daşımırdı.
Lakin hələ heç nə həll olunmayıb. Varşavada cavab oyunu var. Hər kəs 100 faiz köklənməlidir.
Klubumuzda hər kəs Avropa Liqasına düşməyimizi gözləyir. Uzun müddətdir, düşünürəm ki, 4 ildir qrupa düşmürük. Buna görə də xəyalımız uğrunda mübarizə aparmalıyıq.
İnanın ki, çox çətin olacaq. Cavab oyununa yaxşı hazırlaşmalı, ilk qarşılamanı və nəyi daha da yaxşılaşdıra biləcəyimizi analiz etməliyik”.
24 yaşlı hücumçu Polşadkı görüşün də çətin olacağını qeyd edib: “Paraqada bir komanda oynamaq istəyirdi, digəri isə müdafiə olunur və əks-hücum imkanları gözləyirdi.
Topla çox oynadıqda qol vurmaq vacibdir. Xoşbəxtik ki, 2 qol vura bildik. Görüşün özü çox maraqlı alındı. İndi Varşavada qalib gəlmək üçün hər şey etməliyik.
Cavab matçında asan olmayacaq. İlk oyunda da bunu gördük. Yenə ağır sınaq olacaq. İnanıram ki, qrup mərhələsinə düşə biləcəyik”.