Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) yoxlama oyunu keçirib

Rekord.az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya "Roqaşka"sı ilə qarşılaşıb.

Matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.

Oyun 3 hissədən ibarət olub (hər biri 30 dəqiqə). Mahir Emreli ikinci yarım saatda meydanda olub. Azərbaycanlı futbolçu bu oyunu zədəli halda başa vurub. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcəyi bildirilib.