Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” öz meydanında “Yan Regensburq”u qəbul edib.

Görüş meydan sahiblərinin 8:3 hesablı qələbəsi ilə bitib.

Emreli start heyətdə meydana çıxıb. Bu, onun "Nürnberq"in heyətində 5-ci oyunu olub. 27 yaşlı yarımmüdafiəçi 23-cü dəqiqədə qol vurub. O, 69-cı dəqiqədə Benjamin Kollerlə əvəzlənib.

“Nürnberq” hazırda 16 xalla 6-cı pillədə qərarlaşıb.