Mahirdən “Legiya”dakı rəsmi debüt matçında iki qol!
- 07 İyl 2021 22:03
- 565
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
Rekord.az xəbər verir ki, 24 yaşlı futbolçu bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Norveçin “Bude Qlimt” komandası ilə görüşün iştirakçısı olub.
“Legiya” bu rəqibi ilə ilk oyunu səfərdə keçirib. Polşa çempionu rəqibini 3:2 hesabıyla məğlub edib.
Mahir bu oyuna start heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Komandasının iki qolunu məhz azərbaycanlı futbolçu vurub. O, 41 və 61-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb.
Xatırladaq ki, Mahir “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.