Mahirdən "Şalke", "Lester" və "Ferentsvaroş" iddialarına cavab
- 26 Dek 2021 12:00
- 1113
Macarıstanın "Ferentsvaroş" klubu Mahir Emreli ilə yaxından maraqlanır.
Rekord.az xəbər verir ki, bu məlumatı Polşanın “sport.interia.pl” saytı yayıb.
Adıçəkilən komandanın baş məşqçisi Stanislav Çerçesov azərbaycanlı futbolçunu sərəncamında görmək niyyətindədi.
Bir neçə gün öncə isə millinin üzvü ilə “Lester” və “Şalke-04”ün yaxından maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.
Görünən odu ki, Mahir hazırda Avropa klublarının “radarına düşüb”. Görəsən, bu xəbərlər nə dərəcədə doğrudu? Adları çəkilən klublar futbolçumuzu transfer etmək istəyirlər?
“Football-plus.az” saytı olaraq məsələ ilə bağlı Emrelinin özü ilə əlaqə saxlayıb:
“Belə məlumatlar həmişə olur. Mən də bu xəbərləri saytlardan, qəzetlərdən oxuyuram. Hələ “transfer pəncərə”si də açılmayıb. Kluba hansısa təklif gələ bilər. Amma mənim bundan xəbərim yoxdu. “Transfer pəncərə”si yanvarın 1-də açılacaq. Belə bir təklif varsa da, bundan sonra mənə məlumat veriləcək. Hazırda “Legiya”nın oyunçusuyam. Başqa heç nə bilmirəm”.
Bildiyiniz kimi, Varşava təmsilçisinin qış toplanışı yanvarın 6-da start götürəcək. Futbolçumuz Dubayda baş tutacaq hazırlıq prosesində iştirak edəcək?
Mahir sualımızı belə cavabladı:
“Hazırda fikrimi istirahət etməyə yönəltmişəm. Bunun dadını çıxardıram. Böyük ehtimalla, hansısa ekstra hadisə baş verməsə, toplanışa qoşulacam. Amma indi dediyim kimi, tətilin dadını çıxardıram”.