Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze azərbaycanlı futbolçu Mahir Emreli ilə bağlı danışıb. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü iki oyundan sonra komandanın iştirak ərizəsinə daxil edilib.


O, ötən gün 2-ci Bundesliqanın 24-cü turunda “Hannover”lə matçın (1:2)  77-ci dəqiqəsində meydana çıxıb.


Kloze “Bild”ə açıqlamasında Mahirlə probleminin olmadığını deyib:


“Onsuz da Mahirə kin saxlamırdım. Onunla yenidən danışdıq. Mahir bununla bağlı bəyanat da yaydı. Mən bunu çox müsbət hesab edirəm. Mahir hər şeyi düşünüb və yenidən əsas heyətə daxil olmaq istəyir. Bu, son bir neçə gündəki məşqdə də özünü büruzə verdi. Biz onda açıq-aydın inkişaf gördük”.


Emreli bundan əvvəlki iki çempionat matçında iştirak ərizəsində yer almayıb. Almaniya mediası bunu onun Cənubi Koreyanın “Seul” klubuna keçmək istəyi ilə əlaqələndirmişdi. Emreli özü isə üç gün əvvəl “Nürnberq”də qalacağını açıqlayıb.