
Mahirə yenə ehtiyac duyulmadı
- 13:00
- 49
Azərbaycan yığmasının futbolçusu Mahir Emreli növbəti dəfə "Nürnberq"in heyətindən kənarda qalıb.
Futbolinfo.az xəbər verir ki, o, Almaniya 2-ci Bundesliqasının 23-cü turunda "Herta" ilə görüşün sifariş ərizəsinə daxil edilməyib.
Berlində keçirilən qarşılaşmada qapılara qol vurulmayıb. Ardıcıl 3 oyunluq qələbə seriyası qırılan "Nürnberq" xalını 35-ə yüksəldib. Mahirin komandası 8-ci pillədə qərarlaşıb.
Cənubi Koreyadan transfer təklifi alan Mahirin adı ötən turda da sifariş ərizəsinə daxil edilməmişdi.