Millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emrelinin UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda “Lester”lə görüşdən sonra verdiyi müsahibə sosial şəbəkədə gülüş hədəfinə çevrilib.

Rekord.az xəbər verir ki, futbolçumuz 2015/2016 mövsümündə İngiltərə çempionu olmuş “Lester”ə qol vursa da, onun oyunsonrası ingilis dilindəki fikirləri müzakirəyə çıxarılıb. Onu ingiliscə düzgün danışmamaqda qınayanlar olub.

Ancaq Mahir Emrelinin fikirlərini aydın şəkildə çatdırdığını qeyd etmək yerinə düşər. Halbuki dünya futbolunda Mahirdən məşhur olan ulduzların ingiliscə fikirlərini düzgün çatdıra bilmədiyinin şahidi ola bilərik.

Bunların arasında Edinson Kavani, Neymar, Branislav İvanoviç, Lassana Diarra, Karlo Teves, hətta Kriştianu Ronaldu (Portuqaliyadan İngiltərəyə yeni gələn vaxtlar) kimi məşhur futbolçular var.