Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Legiya” baş məşqçisi Çeslav Mixneviçlə bağlı qərar verilib.

Rekord.az xəbər verir ki, Varşava təmsilçisi yoluna Mixneviçlə davam edəcək.

Klubun sahibi Dariuş Mioduski təcrübəli mütəxəssislə yeni müqavilə imzalamaq niyyətindədir.

Mioduski özü də açıqlamasında Mixneviçin nümayəndəsi Mariuş Piekarski ilə görüşdüyünü, yeni müqavilə məsələsini müzakirə etdiklərini bildirib. Görüş müsbət məcrada keçsə də, tərəflər yekun qərar üçün tələsməyib.

Qeyd edək ki, ötən ilin yayından “Legiya”nı çalışdıran Çeslav Mixneviçin müqavilə müddəti mövsümün sonuna qədərdir.