Millimizin futbolçusu Mahir Emreli çıxış etdiyi "Legiya"da ilk rəsmi matçında dubla imza atıb.

Qol.az xəbər verir ki, o, Çempionlar Liqasının  1-ci təsnifat mərhələsində səfərdə "Bude-Qlimt"ə  (Norveç) 3:2 hesabı ilə qalib gəldikləri ilk oyunun 41 və 61-ci dəqiqələrində fərqlənib.Mahir ikinci qolu vurduqdan sonra əsgər salamı verib.

24 yaşlı hücumçu start heyətdə meydana daxil olub və 79-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, M.Emreli bundan əvvəl “Legiya”da keçiridiyi yoxlama oyunlarında ümumən 6 qola imza atmışdı.



Mahir Emrelinin 2-ci qolu

Mahir Emrelinin 1-ci qolu