Mahirin komanda yoldaşının evi qarət olundu
- 15 Okt 2021 14:22
- 583
"Legiya"nın futbolçusu Tomas Pekhartın evi qarət olunub.
Rekord.az xəbər verir ki, bu barədə o, "Interia Sport"a müsahibəsində deyib.
Çexiyalı hücumçu hadisənin oktyabrın 5-də baş verdiyini bildirib. Cinayətkarlar oyunçunun evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.
Pekhartın özü və ailəsi hadisədən şoka düşüb. Polisə müraciət edən 32 yaşlı futbolçu istintaqın nəticələrini gözlədiklərini söyləyib.
Qeyd edək ki, millimizin hücumçusu Mahir Emreli də Varşava təmsilçisində çıxış edir.