Mahirin komandası 1/8 finala vəsiqə qazandı
- 27 Sen 2023 23:25
- 387
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi səfərdə "Ponikva" ilə qarşılaşıb.
4:1 hesabı ilə qalib gələn "Dinamo" 1/8 finala yüksəlib.
Mahir bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.