Xorvatiya kubokunun qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su həlledici oyunda “Riyeka” ilə qarşılaşıb.

Zaqrebdə keçirilmiş ilk oyunda qol vura bilməyən “Dinamo” səfərdə 3:1 hesabıyla qalib gəlməklə növbəti tituluna sahib çıxıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, bu, “Dinamo”nun Xorvatiya kubokunda 16-cı zəfəridir.