Mahirin komandasının ÇL-dəki rəqibi müəyyənləşdi
- 16 İyn 2021 12:21
- 846
Millimizin futbolçusu Mahir Emrelinin yeni klubu "Legiya"nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsidəki rəqibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Polşa çempionu bu mərhələdə Norveçin "Bude Qlimt" klubu ilə qarşılaşacaq. İlk oyun Norveçdə olacaq.
Bu mərhələnin ilk matçları 6-7 iyul, cavab görüşləri 13-14 iyul tarixlərində keçiriləcək.
Qeyd edək ki, "Qarabağ"la müqaviləsi başa çatan M.Emreli bu ay "Legiya" ilə 3 illik müqavilə imzalayıb.