"Legiya"da çıxış edən futbolçuların 2020/2021 mövsümündə indiyədək göstərdikləri nəticələr açıqlanıb.

Rekord.az xəbər verir ki, bu barədə "Legionisci" nəşri araşdırma aparıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli 6 qol, 1 məhsuldar ötürmə ilə komandasna ən çox xeyir verən oyunçudur. 24 yaşlı forvard 12 qarşılaşmada 710 dəqiqə meydanda olub.

Varşava təmsilçisi keçirdiyi 13 matçın 7-də qalib gəlib, 3-də məğlub olub, 3-də isə heç-heçə edib. Ölkə çempionu bu görüşlərdə 18 qol vurub və 13 top buraxıb.