Mahirli “Dinamo” Çexiya klubuna yenə uduzdu
- 10 Noy 2023 01:35
- 287
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Avropa Konfrans Liqasının qrup mərhələsində dördüncü oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Xorvatiya təmsilçisi C qrupunda Çexiya klubu “Viktoriya”nın qonağı olub.
Oyun "Dinamo"nun 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Emreli də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Dinamo” hazırda 3 xalla qrup sonuncusudur.