![photo](https://www.rekord.az/storage/uploads/5/mahir-emreliii.jpg)
Mahirli “Dinamo”nu Avroliqanın qrupuna buraxmadılar
- 01 Sen 2023 00:52
- 306
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su (Xorvatiya) bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisi ilk görüşdə 3:1 hesabı ilə məğlub etdiyi Praqa “Sparta”sı (Çexiya) ilə bu dəfə səfərdə üz-üzə gəlib.
Mahirin komandası bu oyunda 1:4 hesabıyla uduzaraq Avroliqada mübarizəni dayandırıb. Mahir də cavab matçının iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Avroliqa ilə vidalaşan “Dinamo” mübarizəni Konfrans Liqasının qrup mərhələsində davam etdirəcək.